Ermənistan meydanında Qərb-Rusiya qarşıdurması: Rəsmi İrəvan MDB və KTMT-dən çıxa bilərmi?backend

Ermənistan meydanında Qərb-Rusiya qarşıdurması: Rəsmi İrəvan MDB və KTMT-dən çıxa bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan ultimatum formasında Kremldən yanvarın 10-na kimi Laçın dəhlizinin açılmasını tələb edib. Ermənistan mənbələri yazır ki, baş nazir əks halda Ermənistanın MDB və KTMT-dən çıxacağını deyib.

Politoloq Əhəd Məmmədli Editor.az-a bildirib ki, Paşinyanın bu açıqlamaları Azərbaycanın maraqlarına cavab verir:

” Ermənistanda Ermənistanda bazar günü parlamentdənkənar Milli Demokratik Qütb bloku Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası önündə etiraz aksiyası keçirib. Ölkədə anti-Rusiya ritorikasının böyüməsi, hakimiyyət səviyyəsində etirazların baş qaldırması Azərbaycanın maraqlarına cavab verir. Çünki  Rusiya-Ermənistan münasibətləri nə qədər geriləcəyəcəksə, Azərbaycan regionda öz maraqlarını bir o qədər maneəsiz müdafiə edə biləcək. Ermənistan hakimiyyəti dərk etməlidir ki, Laçın yolu Azərbaycan ərazisidir və öz ərazisində necə istəsə elə də hərəkət edər”.

Politoloqun sözlərinə görə, hazırkı vəziyyətdə Ermənistan cəsarət edib KTMT və MDB- dən çıxmayacaq:

” Ancaq ABŞ və Fransada fəaliyyət göstərən erməni diasporası Ermənistan hakimiyyətindən bir növ hər zaman bunu tələb edir. Qərbdə fəaliyyət göstərən erməni diasporası həmin ölkələrin tapşırıqlarını yerinə yetirir. Başda ABŞ və Fransa olmaqla, Qərbin əsas məqsədi Rusiyanı Ermənistandan çıxartmaqdır. Bu istiqamətdə də addımlar atılır. Bu aspektdən Ermənistan meydanında Qərb-Rusiya qarşıdurması Azərbaycanın maraqlarına cavab verir.  Ermənistanda qərbin istəyi ilə baş qaldıran istənilən antirus dalğası Qarabağ məsələsi ilə bağlı digər problemlərinin həllinə gətirib çıxaracaq”.

//Gülnarə Abasova, Editor.az