Ermənistan mövqelərimizi atəşə tutur: “Yenidən CAVAB ƏMƏLİYYATI həyata keçirməliyik”backend

Ermənistan mövqelərimizi atəşə tutur: “Yenidən CAVAB ƏMƏLİYYATI həyata keçirməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfi yenidən təxribatlara əl atıb. Müdafiə Nazirliyi bu gün bununla bağlı bəyanat yayıb. Bildirilib ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur.

Azərbaycan və Ermənistan liderləri arasında Brüssel görüşündə sülh sazişinə dair razılığın əldə olunmasından sonra Ermənistanın yenidən təxribatlara davam etməsi ciddi suallar doğurur.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan müstəqil dövlət deyil və qərarları özü qəbul etmir:

“Ermənilərlə sülh müqaviləsinin imzalanması da uzun çəkən prosesdir. Çünki bu məsələni Paşinyan həll etmir. Ermənistan Qərblə Rusiyanın arasında qalıb. Qərb Brüsselə dəvət edib sülhdən danışanda Paşinyan hə deyir. Amma qayıdan kimi Moskvadan barmaq silkələnir və işğaldan azad olunmuş ərazilərdə atəşkəs pozulur. Hesab edirəm ki, atəşkəsin pozulması hallarının baş verməməsi üçün yenidən  hərbi əməliyyat keçirməyimizə ehtiyac var. Məsələn, Qazax rayonunun Ermənistanın nəzarətində qalmış kəndlərin azad edilməsi əməliyyatı aparılmalıdır.  Belə bir əməliyyat sülh müqaviləsinin imzalanması üçün vacibdir. Həm də  Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsi tam şəkildə kəsilməli və Vardanyanların ərazilərimizə gəlməsinin qarşısı alınmalıdır. Nə qədər ki, sülhməramlılar istədikləri şəxsləri Qarabağa buraxacaqlar və biz giriş-çıxışa nəzarət etmirik, Ermənistanla sərhəddə və separatçıların məskunlaşdığı ərazilərimizdə təxribatlar davam edəcək”.

Millət vəkili Ermənistanla danışıqlarla nəyəsə nail olunacağını düşünmür:

“Çünki BMT TŞ-nın qətnamələrin icrası ilə bağlı 28 il danışıqlar apardıq və heç bir nəticəsi olmadı. Amma 44 gündə “Dəmir Yumruq”la ölkəmizin ərazi bütövlyünü təmin etdik.  Laçın dəhlizində yerləşmiş sülhməramlıların yerdəyişməsi məsələsi də danışıqlarla həll olunmadı. Qisas əməliyyatı keçirdik və məsələ qısa bir zamanda həll olundu. İmzalanmış bəyanatların maddələri müharibənin başa çatdığı 2 ili ərzində öz xoşları ilə icra etmirlər.   Hesab edirəm ki, 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanatın maddələrini Ermənistana icra etdirmək üçün arada bir hərbi əməliyyatlar aparmalıyıq, düşmənlərimizə   Dəmir Yumruğun gücünü xatırlatmalıyıq. Yoxsa erməni insan dilini başa düşmür və ona görə də atəşkəsi pozurlar”.

//Gülnarə Abasova, Editor az