Ermənistan müdafiə nazirinin ABŞ-a səfəri: “Azərbaycanın uğurları həm Amerikada, həm də Rusiyada böyük qıcıq yaradıb”backend

Ermənistan müdafiə nazirinin ABŞ-a səfəri: “Azərbaycanın uğurları həm Amerikada, həm də Rusiyada böyük qıcıq yaradıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın son uğurları həm Amerikada, həm də Rusiyada çox böyük qıcıq yaradıb. Paşinyan Rusiyada hansı mövqeni sərgilədisə, dərhal müdafiə nazirinin ABŞ-a səfərində də buna paralel digər mövqe ortaya qoydu”.

Bunu Editor.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazdakı məsələlərə ABŞ-ın münasibəti sentyabrın sonuna doğru qondarma rejimin parlament sədrinin senatda çıxışını reallaşdırmaqdır:

“Eyni zamanda, müəyyən sənədlərdə Dağlıq Qarabağ ifadəsindən istifadə edirlər. Bu, çox kobud bir səhvdir. Digər tərəfdən, ATƏT-in Minsk qrupunun peyda olması ilə bağlı ciddi iş aparılır. Bütün bunlar göstərir ki, Rusiyanın və Amerikanın Qarabağ üzərində fərqli planları var. Bu planlar erməni kartının növbəti dəfə işə düşməsinə hesablanıb”.

Əziz Əlibəylinin sözlərinə görə, Ermənistan ABŞ-dan müəyyən dəstək alır və Amerikada erməni lobbisinin nəhəng gücə malik olması bu münasibətləri tarazlaşdırır:

“Azərbaycan-Ermənistan məsələsindən kənara çıxan bir faktor yaranır. Müəyyən bir müddət aralığında sülhməramlıların nəzarət etdiyi ərazilərdə sülhün təmin edilməsində zamana ehtiyac var. 2025-də Azərbaycan imtina edərsə, sülhməramlıların Qarabağdan çıxması prosesi reallaşacaq. Ancaq bu o deməkdir ki, Azərbaycan daxilində suverenliyin bərpa edilməsi həm də münaqişələrin başa çatması ilə nəticələnər və bölgədə ciddi imkanlar yaradar. Məsələn, sərhədlərin bərpası, dəhlizlərin açılması və digər məsələlər böyük rol oynayır. Bu geniş miqyasda beynəlxalq yolların da bölgədən keçməsini şərtləndirir. Azərbaycanın üstünlüyü ilə davam edəcək proses olduğu üçün Azərbaycanın gücünə güc qatır. Ermənistan müdafiə nazirinin ABŞ-a səfərinin arxasında dayanan məsələ də budur. Onlar öz görüşlərinə əsasən, növbəti dəfə erməni kartından istifadə etməkdə maraqlıdır. Bunu həm Azərbaycana, həm də Rusiyaya qarşı etmək və bölgədə qalmaq naminə reallaşdırmaq istəyirlər. İran və Ermənistanın qonşu olması da burada böyük rol oynayır. Nəzərə almaq lazımdır ki, dünyada İraqdan sonra Amerikanın ərazisinə və işçi sayına görə ən böyük səfirliyi də Ermənistanda yerləşir”.

 
//Safura Bənnayeva, Editor.az