Ermənistan Müdafiə Nazirliyi qarşısında aksiya başladı – Videobackend

Ermənistan Müdafiə Nazirliyi qarşısında aksiya başladı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin inzibati binasının qarşısında etiraz aksiyası keçirilir.

Editor.az erməni KİV-inə istinadən xəbər verir ki, aksiya keçirənlər Qarabağ savaşında itkin düşənlərin ailə üzvləridir. Onlar keçmiş Müdafiə naziri David Tonoyanla görüş tələb edirlər. Aksiya iştirakçıları bildiriblər ki, keçmiş nazir onların suallarına cavab verməlidir.

Aksiya iştirakçılarının qarşısına hakim “Mənim Addımım” parlament fraksiyasının deputatı Andranik Köçəryan çıxıb. O etirazçıları əmin edib ki, bu məsələ hökumətin iclasında müzakirə ediləcək.

O həmçinin məsələnin Rusiya rəhbərliyi ilə də müzakirə olunduğunu deyib.

Hazırda aksiya iştirakçıları Müdafiə Nazirliyinin qarşısında dayanaraq izahat gözləyirlər.