Ermənistan Müdafiə Nazirliyinin 1000-dən çox əməkdaşı işdən çıxarılacaqbackend

Ermənistan Müdafiə Nazirliyinin 1000-dən çox əməkdaşı işdən çıxarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyində ciddi dəyişikliklər gözlənilir.

Editor.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı Müdafiə Nazirliyinə birləşdiriləcək. Nəticədə nazirliyin 3000-ə yaxın işçisinin yarısının işdən çıxarılması gözlənilir.

Xatırladaq ki, dünən general Arşak Karapetyan Ermənistan müdafiə nazirinin birinci müavini təyin edilib. Karapetyan son təyinatına qədər Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin birinci müavini vəzifəsini tutub.

İyulun 21-də Arşak Karapetyan kollektivə təqdim olunub. Təqdimat zamanı çıxış edən erməni general orduda ciddi islahatların aparılacağını anons edib.

//Modern.az

 

Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan iki gün öncə istefa verib.