Çərşənbə günü, fevralın 19-da Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yanğın baş verib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Yanğın ötən il əsaslı təmir işləri aparılan yeməkxanada baş verib. Yanğın söndürülüb. Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
//Samir Qurbanov, Editor.az