Ermənistan müharibəyə hazırlaşır?- Hərbi ekspertdən AÇIQLAMAbackend

Ermənistan müharibəyə hazırlaşır?- Hərbi ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son bir ildə Qarabağda ermənilər separatizmi dəstəkləyən şüarlarla çıxış edirlər. Separatçı Ruben Vardanyanın proseslərə qoşulmasından sonra bu məsələ bir qədər də canlanıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, Ermənistan və Qarabağdakı ermənilər hərbi ritorikaya yer verirlər:

“Qarabağda Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması, Ermənistan-Azərbaycan dövlət sərhədində təxribatların həyata keçirilməsi, daxili proseslərdə revanşist fikirlərin səsləndirilməsi artıq hadisələri daha da sürətləndirib. Ermənistandan Qarabağa silahlar gəlir. Mina təmizlənməsi zamanı 2021-ci ilə aid minaları Sarıbaba yüksəkliyi istiqamətində aşkar etmişdilər. Bütün bunlar Qarabağa açıq şəkildə hərbi təyinatlı vasitələrin gəlməsininin göstəricisidir. Bir ölkə silahlanırsa, müəyyən mənada müharibəyə hazırlaşır. Qarabağdakı ermənilər də bu istiqamətdə fəaliyyət göstərirlər. Vəziyyət gərgindir və bunun aradan qalxması üçün 10 noyabr bəyanatının 4-cü bəndi icra olunmalıdır. Əgər bu reallaşmasa hansısa sülhdən söhbət gedə bilməz. Rusiya sülhməramlılarının öhdəliyində olan ərazilər nəzarətsiz qalıb. Hansısa fəaliyyətin görülməsi haqda məlumat verilməyib. Azərbaycan ərazilərdə müəyyən işlər görməlidir ki, erməni silahlıları ərazidən çıxarılsın”.

//Safura Bənnayeva, Editor.az