Ermənistan müharibəyə hazırlaşır: Nələr baş verəcək?- Millət vəkilindən ŞƏRHbackend

Ermənistan müharibəyə hazırlaşır: Nələr baş verəcək?- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol paşinyanın son açıqlamaları ölkələrimizarası sülh prosesinə çox ciddi zərbədir. Paşinyan özünü sözdə sülh tərəfdarı olduğunu ifadə etsə də əməllərində sülhdən uzaq olduğunu təsdiq edir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində Paşinyan Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında maneəsiz keçidin yaradılması ilə bağlı öhdəlik götürüb:

“O cümlədən bu dəhlizə Rusiya sərhəd xidmətinin nəzarət olunacağı razılaşdırılmışdır. Amma Paşinyan bu bəyanatın digər bəndlərini icra etmədiyi kimi 9-cu bəndinin icrasından da boyun qaçırmaq istəyir. Həm də ölkəsinin üçtərəfli bəyanatdan çıxdığını bildirir. Paşinyan sabit fikirli və sözünə əməl edən rəhbər deyil. O, necə hərəkət etməli və nə danışmalı olduğunu özü də bilmir. Sadəcə Fransadan onu proqramlaşdırırlar və bu da reallaşdırır. Azərbaycan müharibənin başa çatdığını elan edib və yenidən Ermənistan ərazilərinə hücum etmək fikrində deyil. Lakin Ermənistan Fransadan yeni hücum silahları alır və müharibəyə hazırlaşdığı açıq şəkildə müşahidə olunur. Əgər Ermənistanın aldığı silahlar Azərbaycan üçün potensialı təhlükəyə çevrilərsə, onların harda yerləşməsindən aslı olmayaraq məhv ediləcəkdir”.

A. Badamov onu da bildirib ki, Zəngəzur dəhlizi güc yolu ilə açılmayacaq:

“Azərbaycan Naxçıvanla əlaqəni həmişə olduğu kimi İran üzərindən reallaşdıracaq. Ermənistan isə dalan ölkəsi kimi qalmaqda davam edəcək. İran ərazisində yolun tikintisi başlanmadığından Paşinyan hələ də öz repertuarında qalmaqda davam edir. Amma yolun tikintisi başlananda Ermənistanın Zəngəzur dəhlizini şərtlərimizlə açmağa razı olduğunu bildirərərək yalvaracağını hesab edirəm. Əks təqdirdə Ermənistan yeni yaradılacaq beynəlxalq logistik marşrutundan yenə də kənarda qalacaq. Bu da Ermənistan iqtisadiyyatının böyük tranzit gəlirlərdən məhrum olması deməkdir”.

//Gülnarə Abasova, Editor.az