Ermənistan müxalifətinin lideri həbs edildibackend

Ermənistan müxalifətinin lideri həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün, sentyabrın 22-də səhər tezdən Ermənistan polisinin xüsusi təyinatlıları Ermənistan müxalifətinin liderlərindən biri Andranik Tevanyanı saxlayıb.

Bu, onun həmfikirləri ilə birlikdə İrəvanın mərkəzində küçəni bağlamağa cəhd etməsindən sonra baş verib.

Editor.az bildirir ki, həbs videosu sosial şəbəkələrdə Andranik Tevanyanın tərəfdarları tərəfindən yayılıb. “Sputnik Ermənistan” xəbər verir ki, bundan əvvəl baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar İrəvanın mərkəzindəki Myasnikyan prospektinin üzərinə onlarla elektrik skuter qoyub bağlamağa cəhd ediblər.

Bundan sonra prospektdə kiçik tıxac yaranıb. Daha bir neçə küçənin bu şəkildə bağlandığı bildirilir.
Qeyd edək ki, Ermənistan hökumətinin binası səhər saatlarından qalın polis kordonu ilə əhatə olunub. Bu gün Nikol Paşinyanın sədrliyi ilə hökumətin iclasının keçirilməsi planlaşdırılır.

Müxalifət görüşün baş tutmasına mane olmaq niyyətindədir.

//Samir Qurbanov, Editor.az