Ermənistan NATO-ya üzv olur?-AÇIQLAMAbackend

Ermənistan NATO-ya üzv olur?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu kimi açıqlamalar Rusiyaya qarşı Qərbin Ermənistanda apardığı siyasi mübarizənin tərkib hissəsidir”.

Bunu Editor.az-a politoloq Məhəmməd Əsədullazadə NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlingerin “Nikol Paşinyan, mən Ermənistanı NATO-ya üzv olmağa çağırıram. Co Bayden Ermənistanı müdafiə edəcək”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden Ermənistanı müdafiə etməyəcək:

“Rəsmi İrəvan elə də xüsusi çəkiyə malik ölkə deyil. NATO-nun kiçik rütbəli rəsmiləri bu kimi kiçik çaplı açıqlamalar verə bilər, amma,  bu o demək deyil ki, Ermənistan cəlbedici ölkədir. Rəsmi İrəvanın Alyansa üzvlük perspektivi yoxdur. Hələ məlum deyil ki, Ermənistan hakimiyyətində Nikol Paşinyanqalacaq, yoxsa başqası ilə əvəzlənəcək. Gürcüstanda da bu hadisənin şahidi olduq. Belə bir fikir səsləndirilirdi ki, qısa müddətdə Gürcüstan NATO-ya üzv olacaq. Lakin proseslər tərsinə inkişaf etdi. Gürcüstan hakimiyyəti Rusiyayönümlü siyasət həyata keçirir”.

Politoloqun fikrincə, Azərbaycan istisna olmaqla, regiondakı ölkələrin tutduğu xətt uzun müddət davam etmir: “Azərbaycan müstəqil siyasət həyata keçirir. Lakin Ermənistanda bunu demək mümkün deyil. Çünki orada kriminal ünsürlər hakimiyyətə gələ və anti-Qərb siyasəti həyata keçirə bilər. Hələ də Ermənistanda Rusiyanın hərbi bazası var və KTMT-nin üzvüdür. Ona görə də NATO-ya üzvlük mümkün deyil  “.

//Safura Bənnayeva, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!