Ermənistan Naxçıvanı niyə hədəf seçib? – İrəvanın məkrli planıbackend

Ermənistan Naxçıvanı niyə hədəf seçib? – İrəvanın məkrli planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda hərbi məğlubiyyətini həzm edə bilməyən Ermənistan Azərbaycanın münaqişə bölgəsinə aid olmayan ərazilərini atəşə tutmaqda davam edir. Tərtər, Gəncə, Mingəçevir, Xızı və Abşerondan sonra ermənilərin növbəti hədəfi Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu olub. Dünən Ermənistan silahlı qüvvələri işğal olunmuş Qubadlı rayonu ərazisindən Ordubada raket atıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

Ermənistanın artıq Naxçıvanı təhdid etməyə başlaması səbəbsiz deyil. İrəvan bu addımı ilə münaqişənin miqyasını böyütməyə çalışır. Məsələ burasındadır ki, 13 oktyabr 1921-ci ildə Türkiyə ilə Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu  Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası arasında imzalanan Qars müqaviləsinə görə tərəflər Naxçıvanı Azərbaycanın himayəsi altında Muxtar Respublika kimi tanıyıb. Həmçinin bu müqavilə ilə Naxçıvan Muxtar Respublikasına beynəlxalq hüquqi təminat verilib.

Ermənistan Naxçıvanı hədəfə almaqla bu müqaviləni pozmaqla yanaşı Türkiyənin məsələyə müdaxiləsini şərtləndirir. İrəvan bununla çalışır ki, Türkiyəni Qarabağ münaqişəsinə cəlb etsin. Bununla da Rusiyanın proseslərə müdaxiləsinə fürsət yaransın.

İrəvanın bu niyyəti digər tərəfdən Qarabağda alovlanan müharibəni Türkiyənin apardığı barədə iddialarının əsassız olduğunu ortaya qoyur. Hər halda Türkiyə Qarabağda müharibə aparırsa, onu münaqişəyə cəlb etmək üçün Ermənistanın Naxçıvana raket zərbəsi endirməsinə ehtiyac olmazdı.

//yenisabah.az