Ermənistan nəyi gözləyir?- “Onlar hər zaman boş vədlərə inanaraq yaşayıb və sonda ortalıqda qalıblar”backend

Ermənistan nəyi gözləyir?- “Onlar hər zaman boş vədlərə inanaraq yaşayıb və sonda ortalıqda qalıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edib. XİN rəhbəri bildirib ki, Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərə başlamaq üçün Komissiyanın yaradılmasına bütün tərəflər razılıq verməlidir.O,Azərbaycan tərəfinin bu Komissiyanın yaradılmasına razılıq verdiyini vurğulayıb:

“Qarşı tərəf də bu məsələnin ciddiliyini anlayır, ölkələr arasında beynəlxalq sərhəd müəyyənləşməlidir.Tezliklə qarşı tərəfdən bununla bağlı müsbət mesaj alacağımıza inanırıq.Ona görə düşünürük ki,yaxın aylarda bu Komissiya formalaşacaq”.

Maraqlıdır, Ermənistan nəyi gözləyir?

Mövzu ilə bağlı Editor.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Ermənistan sadəcə prosesləri uzadaraq vaxt udmaq istəyir:

“Ermənistan dövləti, xalqı indiki vəziyyətdə iki dövlət arasında baş tutacaq proseslərin Azərbaycanın xeyrinə həll edilməyəcəyinə inanır. Çünki müxtəlif ölkələrdən, Moskvada, Parisdən, Brüsseldən və ya digər xristian mərkəzlərindən vədlər alırlar. Ermənilər hər zaman boş vədlərə inanaraq yaşayıb və sonda ortalıqda qalıblar. Lakin yenə də bu siyasətlərini davam etdirirlər. Bütün bu məsələlərdə dünyadakı erməni lobbisinin də təsirini də unutmaq olmaz. Ona görə Ermənistan prosesləri maksimum uzadır. Azərbaycan konkret şəkildə tələb etməlidir, artıq Ermənistanı gözləmək olmaz. Bəlkə onlar illərlə prosesləri ləngidəcək. Azərbaycan XİN Ermənistana qarşı daha sərt siyasət yürütməlidir. Artıq onların rəyini gözləməyə dəyməz”.

//Gülnarə Abasova, Editor.az