Ermənistan niyə hələ də Rusiyaya rəsmi cavab vermir?- “Bunun əsas səbəbi….”backend

Ermənistan niyə hələ də Rusiyaya rəsmi cavab vermir?- “Bunun əsas səbəbi….”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzurda konsulluqların açılması bir tərəfdən regionda geopolitik mübarizənin nəticəsi kimi dəyərləndirilməli, digər tərəfdən Zəngəzur dəhlizinə bu və ya digər formada nəzarətlə bağlı olan niyyətlərlə əlaqələndirilməlidir. Qafanda ilk konsulluğu İran açıb və Ermənistan da buna guya Türkiyənin Azərbaycana müttəfiqliyinə cavab olaraq tələm-tələsik qərar verdi. Bunun ardınca Fransanın konsulluğunun açılması ilə bağlı müsbət qərarın da verilməsi onu göstərir ki, bölgədə Rusiyanın sıxışdırılmasında maraqlı olan tərəflərdən biri də Fransadır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, rəsmi Paris İrəvanı birmənalı şəkildə dəstəkləməklə mövqelərini gücləndirmək istəyir:

“Avropa İttifaqının keçmiş kəşfiyyatçılardan ibarət missiyasının da bölgəyə yerləşdirilməsi Fransanın niyyətidir. Hər iki ölkə arasında hərbi sahədə ciddi əməkdaşlıq mövcuddur. Fransa Ermənistanı hərtərəfli şəkildə dəstəkləyir və konsulluğun açılması da bir formada Fransanın bölgədəki rolunun artırılmasına yönəlib. Təbii ki, Rusiyanın konsulluğun açılmasına ilk andan etibarən müsbət yanaşdığını söyləyən Ermənistan rəsmi cavabı hələ də vermir. Bunun da əsas səbəbi Ermənistanın Zəngəzur dəhlizində Rusiyanın nəzarət etməsində maraqlı olmaması ilə bağlıdır. Təbii ki, bu da tərəflər arasında siyasi məsələləri mürəkkəbləşdirən amillərdən hesab olunsa da, iqtisadi sferada ciddi şəkildə inkişaflarına mane olmur”.

//Gülnarə Abasova, Editor.az