“Ermənistan növbəti mərhələdə Zəngəzur dəhlizinin açılmasına mane olmayacaq “-AÇIQLAMAbackend

“Ermənistan növbəti mərhələdə Zəngəzur dəhlizinin açılmasına mane olmayacaq “-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Rusiya arasında hazırda siyasi əlaqələr yüksək səviyyədədir və Azərbaycan öz milli maraqları çərçivəsində Rusiya ilə əməkdaşlıq edir. Rusiyanın ölkəmizdəki sülhməramlıları çıxartması Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcıdır. Moskva artıq geosiyasi reallıqlarla barışıb. Bu da Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi, diplomatik qələbəsidir. Qazaxın 4 kəndinin Azərbaycana verilməsi konkret olaraq Azərbaycanla Ermənistan arasında heç bir vasitəçi olmadan aparılan danışıqların əsas tərkib hissəsidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Qərbdən Ermənistana regiondakı sabitliyi bərpa etmək üçün Azərbaycanla sülhün mütləq olduğuna dair təlimatlar verilir:

“Görünür, Nikol Paşinyan da yavaş-yavaş reallığı dərk edir. Digər tərəfdən “Qərb”dedikdə sadəcə Fransa nəzərdə tutulmur. Parisə görə ümumilikdə qərbi proseslərdən uzaqlaşdırmaq doğru olmaz. Bu gün Ermənistanla Qərb arasında əlaqələr genişlənib, Paşinyan da təlimatları Qərbdən alır. Hesab edirəm ki, Ermənistan növbəti mərhələdə Zəngəzur dəhlizinin açılmasına da razılıq verəcək”.

//Gülnarə Abasova, Editor.az