Ermənistan nümayəndəsinin Moskvaya səfəri Azərbaycana nə vəd verir?- Millət vəkili ŞƏRH EDİRbackend

Ermənistan nümayəndəsinin Moskvaya səfəri Azərbaycana nə vəd verir?- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş nazirinin müavini, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyasının üzvü Mher Qriqoryan Rusiyaya işgüzar səfərə yola düşüb.

Həmin səfərin nəticəsində Ermənistan-Azərbaycan sərhəd məsələsi həllini tapacaq?

Mövzu ilə bağlı, Editor.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, Ermənistan bu istiqamətdə addım atmağa çalışırsa, bu müsbət tendensiyadır:

“İstər Moskvada, istərsə də Brüsseldə olmasından asılı olmayaraq Ermənistan-Azərbaycan sərhəd məsələsi problemi həllini tapmalıdır. Ona görə də belə bir addımın atılması bizim üçün arzu olunandır. Azərbaycan nə qədər tez danışıqların aparılmasına, sülh müqaviləsinin imzalanıb, sərhədlərin tanınmasına nail olarsa, bir o qədər tez bölgədə sabitliyi təmin etmək mümkün olacaq. Bu səfərlər tez-tez olacaq. Harada baş tutmasından asılı olmayaraq əsas məqsədimiz problemi tezliklə həll etməkdir. Bu,  Ermənistanın üzərinə qoyulmuş öhdəlikdir və Ermənistan gec-tez bunu yerinə yetirməlidir”.

//Safura Bənnayeva, Editor.az