“Ermənistan onları qane etməyə çalışdıqca əksinə təzyiqləri artırırlar”-ŞƏRHbackend

“Ermənistan onları qane etməyə çalışdıqca əksinə təzyiqləri artırırlar”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla Azərbaycan arasında sülh sazişi üçün çox aydın müstəvi var. Bu, Ermənistan, Rusiya, Azərbaycan liderlərinin 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın şərtlərinin Ermənistan tərəfindən yerinə yetirilməsidir. Rəsmi İrəvan konkret şəkildə siyasi iradə ortaya qoymalıdır. Sülhün formulu budur. Bunu Ermənistan baş naziri Nikol Paşinyan çox yaxşı başa düşür”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan ağıllı siyasətçidir:

“Bu, belə olmasaydı indiyə qədər hakimiyyətdə qala bilməzdi. O, başa düşdüyü halda bəzi öhdəliklərinə əməl edə bilmir, çünki Qərb, diaspor, lobbiçilik, Rusiya, İran hər biri müxtəlif istiqamətlərdən Ermənistana təzyiq göstərir. İrəvan isə çalışır ki, hər birini qane etsin və qane etməyə çalışdıqca da əksinə tərəflərin təzyiqləri artır. Paşinyan müxtəlif açıqlamaları ilə daxili auditoriyaya oynayır. Guya ki, o da nəsə “söz sahibi”dir. Paşinyanın dediyi kimi, sağ əli ilə sol qulağı qaşımağa ehtiyac yoxdur. Qarşılıqlı etimad mühiti üçün yalnız şərtlərə əməl olunmalıdır”.

//Gülnarə Abasova, Editor.az