Ermənistan ordusu 1 nömrəli hazırlıq vəziyyətində: Geniş təxribat gözlənilir? -ŞƏRHbackend

Ermənistan ordusu 1 nömrəli hazırlıq vəziyyətində: Geniş təxribat gözlənilir? –ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfinin son 2 aya yaxın müddət ərzində törətdiyi intensiv atəşkəs pozuntuları və digər təxribatlar Azərbaycanı adekvat cavab addımları atmağa vadar edir”.

Bu fikirləri Editor.az-a hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusunun bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirilməsinə və avropalı müşahidəçiləri də bölgədən təcili təxliyə etmələrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, son günlərdə Laçın sərhəd-keçid məntəqəsinin atəşə tutulması nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Elşən Rüstəmovun yaralanması da erməni təxribatlarının bariz nümunəsidir: “Əgər Ermənistan bu təxribatlara xüsusilə də sərhəd və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəs pozuntularına son verməsə, Azərbaycanın ərazilərində fortifikasiya qurğuları inşa etməkdən imtina etməsə, bu zaman rəsmi Bakının cavab addımları mütləq şəkildə həyata keçiriləcək. Bu cavab addımlarına isə müxtəlif vasitələr və mexanizmlərdən istifadə, antiterror və ya cəzalandırma əməliyyatları da daxil edilə bilər. Ermənistanın bir saylı hazırlıq vəziyyətinə gətirilməsi Ermənistan ordusunun daha əvvəl törətdiyi təxribatlarla birbaşa əlaqəlidir”.

//Safura Bənnayeva, Editor.az