Ermənistan ordusunda dəllallıq: Nazirlik generala qanunsuz torpaq satıbbackend

Ermənistan ordusunda dəllallıq: Nazirlik generala qanunsuz torpaq satıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş Prokurorluğu ordunun Baş Qərargah rəisinin keçmiş müavini, general-mayor Arşaluys Paytyanın da yer aldığı irimiqyaslı dələduzluq faktı ilə bağlı cinayət işi açıb.

Belə ki, söhbət 2011-ci ildə Müdafiə Nazirliyinə ayrılmış torpaq sahəsinin Paytyanın xeyrinə qanunsuz olaraq özgəninkiləşdirilməsindən gedir.

Daha sonra isə ümumi sahəsi 12,5 kvadratmetr olan torpaq sahəsi 87 milyon drama (təxminən 220 min ABŞ dolları) satılıb.

Qeyd olunub ki, araşdırma zamanı aşkar edilmiş halların Ermənistan Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin əlamətlərini ehtiva etdiyini nəzərə alaraq, prokurorluq 2023-cü il mayın 5-də araşdırmanın nəticələrini cinayət işinin başlanılıb-başlanılmaması barədə qərar qəbul etmək üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərib.

//Oxu.az