Ermənistan ordusunu qadınların hesabına gücləndirmək istəyirbackend

Ermənistan ordusunu qadınların hesabına gücləndirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin sıralarının qadınlarla doldurulması əsas prioritet kimi müəyyən edilib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, qadınlar dövlət strukturunu daha effektiv etdiyi üçün həyati strateji resursdur.

BMT Qadınlar Təşkilatı, Ermənistanın İnsan Hüquqları Müdafiəçisi Ofisi və NATO-nun Gürcüstandakı Əlaqələndirici Ofisi tərəfindən təşkil edilən konfransda çıxış edən Qriqoryan vurğulayıb ki, dövlət təşviq proqramı və xidmət şəraitinin yaxşılaşdırılması yolu ilə silahlı qüvvələrdə qadınların iştirakını artırmaq niyyətindədir: “Tədqiqatlar göstərir ki, kişilərin və qadınların silahlı qüvvələrə proporsional şəkildə cəlb edilməsi strukturu daha effektiv və mürəkkəb məsələlərin həllində daha uğurlu edir.”, – Armen Qriqoryan deyib.

Qeyd etmək lazımdır ki, Ermənistanın könüllü-məcburi hərbi xidmət sistemi çağırış günündən əvvəl hərbi xidmətdən imtina etmək hüququna imkan verir və bundan sonra xidmət məcburi olur. Qriqoryan qeyd edib ki, logistika və hərbi kəşfiyyatda qadınların sayının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, müdafiə və təhlükəsizlik sektorlarında gender bərabərsizliyi hələ də mövcuddur.

Ermənistan hərbi sektorda rəhbər vəzifələrdə qadınların nisbətini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir. Altı aylıq xidməti başa vurduqdan sonra qadınlar “Vətənin Müdafiəçisi” proqramı çərçivəsində beş illik müqavilə imzalamaq imkanı əldə edəcəklər.

//Samir Qurbanov, Editor.az