Ermənistan ordusunun Həsənqaya və Talış istiqamətindəki mövqeləri darmadağın edilib – RƏSMİbackend

Ermənistan ordusunun Həsənqaya və Talış istiqamətindəki mövqeləri darmadağın edilib – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.

Bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir.