“Ermənistan öz ərazisində məğlubiyyət ağrısını hiss etməsə ağıllanmayacaq”- Əhəd Məmmədlibackend

“Ermənistan öz ərazisində məğlubiyyət ağrısını hiss etməsə ağıllanmayacaq”- Əhəd Məmmədli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstər Cenevrə, istərsə də Brüssel görüşünün əsas məqsədi Avropanın özünü Qarabağ məsələsində sübut etmək istəyidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli bildirib.
 
Onun sözlərinə görə, Avropa ilə Rusiya arasında nüfuz savaşı gedir:

“Hər iki tərəfin qayəsi digərindən daha tez Azərbaycan və Ermənistanı masa arxasına oturdub sülh müqaviləsini imzalatmaqdır. Avropa Birliyinin nəyəsə nail olacağını düşünmürəm. Ermənistan Baş naziri Nikol Paşinyanın oktyabrın 2-də olan çıxışından onun hələ də ağıllanmadığını gördük. Yayılan məlumata görə guya ermənilər də silahlanır, revanş xülyası ilə yaşayırlar. Görünən budur ki, Azərbaycan bu məsələdə ya “Qisas” əməliyyatı, ya da Zəngəzur, Göyçə cəbhəsində daha genişmiqyaslı hərbi əməliyyatlarla düşmən üzərində “sülhə məcburetmə” prosesini reallaşdırmalıdır. Çünki ermənilər öz ərazisində bu məğlubiyyət ağrısını hiss etməsə, vaxtilə bizim kimi qaçqınlar ordusunu şəhərlərində görməsələr ağıllanmayacaqlar”.

Əhəd Məmmədli Cenevrədən sonra 6 oktyabra planlaşdırılan görüşlərə də münasibət bildirib:

“ Fikrimcə, bu danışıqların heç bir əhəmiyyəti olmayacaq. Çünki Cənubi Qafqaza indi Avropa Birliyi, ABŞ o qədər də təsir etmək gücündə deyil. Cənubi Qafqaza təsir edən iki əsas ölkə var. Bunlardan biri Rusiya, digəri isə qardaş ölkə Türkiyədir. İstənilən halda sülh müqaviləsi imzalanarsa, bu Azərbaycanın şərtlərinə uyğun olmalıdır, əks halda heç bir müqavilə Azərbaycanın şərtlərinə cavab vermir”.

//Safura Bənnayeva, Editor.az