“Ermənistan öz hərəkətləri ilə Rusiyanın vasitəçiliyinə etinadsız yanaşdığını nümayiş etdirir”- Tofiq Abbasovbackend

“Ermənistan öz hərəkətləri ilə Rusiyanın vasitəçiliyinə etinadsız yanaşdığını nümayiş etdirir”- Tofiq Abbasov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya regionda baş verən proseslərdən uzaq olmağa heç bir zaman razılaşmayacaq. Ancaq proseslərə yaxın olmaq həm də Rusiyanın üzərinə böyük bir məsuliyyət qoyur ki, o, vasitəçilikdə formal yanaşmalardan uzaq olsun, əməli işlərə dəstək versin. Bütün danışıqlar çərçivəsində Rusiyanın rəhbəri və onun komandasının digər təmsilçiləri birmənalı olaraq üçtərəfli bəyanatın müddəalarının həll olunması məsələsini gündəmə gətirir. Bu razılaşmaların implementasiya olunması ilk növbədə, Rusiyanın özünə siyasi dividend gətirəcək. Bir halda ki, Ermənistan öhdəliklərinin üzərindən xətt çəkməyə çalışır, özünü yekəxana aparır, əməli hazırlığını nümayiş etdirə bilmirsə deməli o, həm də Rusiyanın burdakı vasitəçiliyinə etinadsız yanaşır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, proseslərdə Rusiyanın əsas məqsədlərindən biri ondan ibarətdir ki, Avropa İttifaqı vasitəçilikdə önə çıxmasın:

“Əgər Aİ-nın vasitəçiliyi önə çıxacaqsa, bu, Rusiyanın zəifliyinə işarə olacaq. Bunun baş verməməsi üçün Rusiya gərək özü Ermənistanı hər vasitə ilə işlək vəziyyətə gətirsin. Azərbaycan imzaladığı sənədə hər zaman sadiqdir və proseslərə tam ciddi yanaşır, qalib tərəf kimi isə heç kəsdən çəkinmir. Ancaq Rusiya vasitəçilik edirsə, gərək zəiflik yox məhsuldarlıq nümayiş etdirsin. Rusiya özü Azərbaycan diplomatiyasının gücünə şahiddir. Ona görə də rəsmi Moskva atdığı addımlarla bölgədə nüfuzunu qoruyub saxlamalı, bununla da dünya birliyi qarşısında problemlərin həllindəki gücü nümayiş etdirməlidir. Hesab edirəm ki, Azərbaycan hər bir öhdəliyini tam ciddiyyəti ilə vaxtı-vaxtında yerinə yetirir, bütün beynəlxalq öhdəliklərə hörmətlə yanaşır. Ona görə də Azərbaycanın Dünya Birliyi qarşısında gözü kölgəli deyil. Rusiya bu proseslərdə daha praqmatik mövqedən çıxış etməlidir. Çünki bu proseslərin gərginliyinin məsuliyyəti birbaşa Rusiyanın üzərinə düşür. Buna görə də Vladimir Putin öz imzasının məsuliyyətini dərk etməli və daha şəffaf mövqe sərgiləməlidir”.

//Gülnarə Abasova, Editor.az