Ermənistan öz Konstitusiyasını dəyişəcək, lakin…backend

Ermənistan öz Konstitusiyasını dəyişəcək, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyəti 2027-ci ildə yeni Konstitusiya ilə bağlı referendum keçirmək niyyətindədir.

Editor.az bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin rəhbəri Qriqor Minasyan danışıb. Onun sözlərinə görə, məsələyə baxılıb və sonda məlum olub ki, Konstitusiyaya əlavə və dəyişikliklər kifayət etməyəcək – ölkəyə yeni fundamental qanun lazımdır: “İndi diqqət sabit parlament çoxluğu mövzusuna yönəlib və konstitusiya islahatlarının təşəbbüskarları bu normanı gələcək Konstitusiyada təsbit etmək istəyirlər”, – nazir deyib. Konstitusiya komissiyasının növbəti iclası sentyabrın 5-nə təyin edilib, lakin Azərbaycana qarşı ərazi iddialarının Konstitusiya mətnindən çıxarılması mövzusu müzakirə edilmir.

Xatırladaq ki, Bakı Ermənistanın Konstitusiyasında əksini tapmış ərazi iddialarından imtina etməsini tələb edir. Azərbaycan tərəfi hesab edir ki, Ermənistan Respublikasının əsas qanunu dəyişdirilmədən sülh müqaviləsi mümkün deyil.

//Samir Qurbanov, Editor.az