“Ermənistan özü təxribat törədib kimlərisə günahlandırmağa çalışır”- Deputat backend

“Ermənistan özü təxribat törədib kimlərisə günahlandırmağa çalışır”- Deputat 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avqust ayının 14-də “Sürməli” ticarət mərkəzində baş verən hadisə Ermənistanın hüquq mühafizə orqanları və FHN tərəfindən yanğın kimi qələmə verildi”.

Bu sözləri Editor.az-a açıqlama verən deputat Arzu Nağıyev bildirib.

Millət vəkilinin sözlərinə görə, Laçının Sus və Zabux kəndlərindən ermənilərin köçməsi, eyni zamanda, bu hadisələrin üst-üstə düşməsi ilə Ermənistanın revanşist ideyalı siyasətçiləri məhz prosesləri mütləq şəkildə qabartmalıydılar:

“Bunun iki var. Birincisi, bu yanğın hadisəsinin Rusiya xüsusi xidmət orqanları tərəfindən törədildiyini ortaya qoymaq, ikincisi isə Qarabağda sülhməramlı qüvvələrin missiyasını yerinə yetirməməkdə günahlandırmaq…Buna görə də məhz bu revanşist ideyaları dəstəkləyən, daxili qeyri-stabil vəziyyətdən istifadə edən siyasətçilər mütləq şəkildə sosial şəbəkələrdə və özlərinin inhisarında olan Kütləvi İnformasiya Vasitələrindən bu hadisələri qabartmağa başladılar. Bu böyük günahlandırmadır. Əsas məsələ budur ki, Ermənistan bu addımına konkret cavab verməlidir. Rusiya Xarici İşlər Nazirliyi artıq Ermənistana nota verib və bu notanın cavabını gözləyir ki, nəyə əsaslanıb belə bir versiya irəli sürülür”.

Deputat bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyi gözləmə mövqeyindədir:

“Konkret olaraq əllərində hansısa fakt olmadığına görə, onlar bu cavabı yubadırlar. Əsas məsələ də ondan ibarətdir ki, belə bir vəziyyətdə Rusiya-Ermənistan münasibətinin daha da gərginləşməsi Ermənistanın məhvinə gətirib çıxara bilər. Ermənistan unutmamalıdır ki, Türkiyə ilə sərhəddi məhz Nato Rusiya sərhəddidir. Bu daxildə elə bir gərginliyə gətirib çıxara bilər ki, problemlərin həlli uzadılar. Bu gün Ermənistan  ilə Azərbaycan rəhbərliyi arasında gedən danışıqlar sülh müqaviləsinin imzalanması və Azərbaycanın qalib tərəf kimi etdiyi diktələr məhz Ermənistan tərəfindən qəbul edilir. Yenidən orada hansısa qarışıqlığın yaradılması, çevrilişə qədər gətirib çıxarılması bu problemlərin həllini uzada bilər”.

A. Nağıyev onu da vurğulayıb ki, Azərbaycan öz daxili və xarici siyasətini davam etdirir: “Qarabağla bağlı öz sözümüzü demişik və sona qədər də bu istiqamətdə öz siyasətimizi yeridəcəyik. Ermənistanın revanşist ideyaları onların bütün dünyada apardığı terror siyasətini ortaya qoydu. Əgər belə davam etsə, hətta belə bir versiya ortaya çıxa bilər ki, Ermənistanın özü bunu törədib və kimlərisə günahlandırmağa çalışır”.

//Safura Bənnayeva, Editor.az