Ermənistan özünün bütün hava hücumundan müdafiə sistemlərini Ukraynaya verib – Rusiya mətbuatıbackend

Ermənistan özünün bütün hava hücumundan müdafiə sistemlərini Ukraynaya verib – Rusiya mətbuatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İddialara görə, Ermənistan “S-300”, “Buk”, “Tor” və “Osa” hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, demək olar ki, Editor.az bildirir ki, bu barədə “Defence Express” Rusiya KİV-nə istinadən xəbər verir. Hələlik bu məlumatın təsdiqi yoxdur.

Bununla belə, Ermənistan faktiki olaraq sovet hava hücumundan müdafiə sistemlərinin kifayət qədər bir neçə bölməsinə malikdir. Ekspertlər hesab edirlər ki, İrəvanda üçə qədər S-300PT-1 diviziyası, bir neçə “Buk” hava hücumundan müdafiə sistemi və dördə qədər “Tor” hava hücumundan müdafiə sistemi və xeyli sayda “Osa” hava hücumundan müdafiə sistemləri var. 2020-ci ilin əvvəlinə təxminən 70-90 ədəd olub. Lakin onların 20-dən çoxu İkinci Qarabağ müharibəsi zamanı məhv edilib.

Məlumdur ki, Ermənistan tədricən Rusiya silahlarından imtina edir və Qərb modellərinə yönlənir. Ola bilsin ki, İrəvan fürsətdən istifadə edib “dairəvi təchizat” hesabına yenidən silahlanmağa qərar verib. Söhbət elə sistemdən gedir ki, Qərb öz tərəfdaşlarına müəyyən növ silahlar verir və onlar da köhnə ehtiyatlarından Ukraynaya ötürürlər. Lakin bir daha vurğulamaq yerinə düşər ki, indi bütün bunlar sadəcə fərziyyədir. “Demək olar ki, bütün hava hücumundan müdafiə vasitələrinin” ötürülməsi ilə bağlı bəyanat Ermənistanın özünün çətin vəziyyətini nəzərə alsaq, olduqca qəribə görünür.

//Samir Qurbanov, Editor.az