Ermənistan Parlamenti 2025-ci il üçün büdcəni təsdiq edib: hərbi xərclər 20% artdıbackend

Ermənistan Parlamenti 2025-ci il üçün büdcəni təsdiq edib: hərbi xərclər 20% artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamenti 2025-ci il üçün büdcəni qəbul edib. Xərclərin əsas maddəsi orduya ayrılan xərclər 1,7 milyard dolları keçəcək ki, bu da ölkənin ÜDM-nin 6%-ni təşkil edir.

“Büdcəmizin ən mühüm maddəsi budur, bütün səylərimiz burada cəmləşib”, – Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan deyib.

Deməli, 2025-ci ildə ölkənin hərbi xərcləri 664 milyard dramı keçəcək ki, bu da 2024-cü illə müqayisədə 20% çoxdur.

Qeyd edək ki, Ermənistan daha əvvəl Hindistandan “Pinaka” raketlərinin tədarükü ilə bağlı müqavilə bağlayıb. Artıq 75 km mənzilli raket sistemlərinin ilk partiyası respublikaya göndərilib.

//Samir Qurbanov, Editor.az