Ermənistan parlamentində dava düşübbackend

Ermənistan parlamentində dava düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” partiyası ilə müxalif “Ermənistan” fraksiyasının üzvləri arasında dava düşüb.

Buna səbəb erməni soyqırımını inkar etməyə görə cinayət məsuliyyətinin tətbiqi ilə bağlı mübahisə olub.
News.am-ın məlumatına görə, münaqişə parlamentin spikeri Alen Simonyanla mübahisə ilə başlayıb. O, erməni deputatların etirazlarına cavab olaraq onlardan yerlərindən danışmamağı tələb edib. “Yox, oturduğunuz yerdən danışmağa davam edirsiniz.

Otur, siz də oturun, bura uşaq bağçası deyil, sakitləşin. “Nə desəniz də, cavab eynidir” Alen Simonyan deyib. Bundan sonra deputatlar bir-birini itələməyə başlayıblar. Davaya digər partiyaların deputatları müdaxilə edib. İclasın canlı yayımı dayandırılıb, Alen Simonyan 20 dəqiqəlik fasilə elan edib.
Qeyd edek ki aprelin 24-ü qondarma erməni soyqırımı günüdür. Bu gün, aprelin 22-də müxalifətdə olan “Ermənistan” partiyasının deputatları soyqırımının inkarına görə cinayət məsuliyyətinin tətbiq edilməsi haqqında qanun layihəsini müzakirəyə çıxarmağı planlaşdırıblar.

//Samir Qurbanov, Editor.az