Ermənistan parlamentində dava: Saakyan Vardanyanı yaraladıbackend

Ermənistan parlamentində dava: Saakyan Vardanyanı yaraladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan həmkarına hücum edən müxalifətçi deputat saxlanılıb

Editor.az bildirir ki, bu barədə RA İK xəbər verir. Xəbərə görə, Ermənistan Milli Assambleyasının komissiyalardan birinin bu keçirilən qapalı iclasında fövqəladə hadisə baş tutub. “Ermənistan” müxalifətçi millətçi blokunun nümayəndəsi Mqer Saakyan əvvəlcə komissiyanın sədri Vladimir Vardanyan haqqında bəzi fikirlər səsləndirib.

Bundan sonra parlamentari ayağa qalxaraq həmkarına yaxınlaşıb və hələ müəyyən edilməmiş əşya ilə onun qaşına zərbələr endirərək yıxılıb. Hadisə ilə bağlı cinayət işi başlanıb. Təcavüzkar həbs edilib və polisə aparılıb. Vladimir Vardanyan isə xəstəxanaya çatdırılıb. Həkimlər onun üzünə iki tikiş atılmalı olduğunu açıqlayıblar. Deputat, müxalifətçini təxribata sövq etməsi iddiası ilə mətbuatda yayılan bütün məlumatları təkzib edib. Vardanyan yerində oturduğunu, ayağa qalxmadığını və həmkarını təhqir etmədiyini vurğulayıb.

  //Samir Qurbanov,Editor.az