Ermənistan parlamentində qalmaqal: Xocalı qatili tribunadan qovuldubackend

Ermənistan parlamentində qalmaqal: Xocalı qatili tribunadan qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spikeri Alen Simonyan və “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan arasında parlament iclası zamanı mübahisə yaşanıb.

Hadisə Simonyanla müxalifətçi deputat Geqaq Nazaryan arasında mübahisə zamanı baş verib. Nazaryan hökumət məmurlarının deputat avtomobillərinin xidməti girişdən buraxılmasına icazələri olduğunu, lakin ötən gün maşınların binaya buraxılmadığını bildirib. Simonyan isə onu “qeyri-adekvat” adlandırıb.

Bu zaman keçmiş müdafiə naziri, Xocalı hadisələrinin qatili, hərbi cinayətkar olan Seyran Ohanyan tribunaya qalxaraq Alen Simonyandan yalan danışmamasını istəyib.

Simonyan isə cavabında onun özünün yalan danışdığını deyib.

“Get buradan”, – deyə Simonyan daha sonra kobud şəkildə onu tribunadan qovub.