Ermənistan parlamentində təcili iclas: Nələr müzakirə ediləcək?- ŞƏRHbackend

Ermənistan parlamentində təcili iclas: Nələr müzakirə ediləcək?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəllidir ki, Ermənistan hər zaman müxtəlif bəhanələrlə delimitasiya məsələsini çox uzatmağa çalışıb. Müxtəlif dövrlərdə Azərbaycan tərəfindən delimitasiya məsələsində çeviklik göstərməsi ilə bağlı qarşı tərəfə çağırışlar edilsə də Ermənistan hər dəfə müxtəlif bəhanələrlə prosesdən qaçıb”.

Bu fikirləri Editor.az-a siyasi analitik Tural İsmayılov Ermənistan parlamentində təcili olaraq Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə edilməsi ilə bağlı şərhində deyib.

Analitik bildirib ki, məhz Azərbaycanın qalib tərəf kimi diktə etdiyi şərtlər fonunda Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiyası üzrə komissiyaların iclasları daha fəal şəkildə həyata keçirilir:

“Ancaq bütün bunlarla yanaşı, Qazaxın 4 kəndinin indiki mərhələdə Azərbaycana qaytarılması vacib şərtlərdən biridir. Azərbaycan bununla bağlı Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsi barədə Ermənistana müxtəlif çağırışlar edib. Bu gün Ermənistanın Qazaxın kəndlərini Azərbaycana təhvil verməkdən başqa heç bir yolu qalmayıb. Ona görə də rəsmi İrəvan parlamentin təcili iclasını çağıraraq əvvəlcə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması məsələsini müzakirə edəcək. Daha sonra isə delimitasiya komissiyaları arasında iclasların bundan sonrakı mərhələsi, delimitasiya ilə bağlı görüləcək işlər və digər məsələlər müzakirə ediləcək. Əslində bu toplantı gərginlik fonunda baş verməkdən daha çox Azərbaycanın Ermənistana diktə etdiyi şərtlərin fonunda baş tutacaq”.

//Gülnarə Abasova, Editor.az