Ermənistan parlamentində 1999-cu ildə törədilən terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş Aşot Knyazyan “Nubaraşen” həbsxanasında ölüb.
Editor.az oxu.az-a istinadən xəbər verir ki, onun vəziyyəti anidən kəskin pisləşib və həkimlər onu xilas edə bilməyiblər.
A.Knyazyan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktının təşkilində ittiham olunaraq cəza çəkirdi.
Qeyd edək ki, sözügedən terror aktı zamanı parlament sədri Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan və daha altı dövlət xadimi öldürülmüşdü.