Ermənistan prezidenti beynəlxalq hüququ pozduqlarını rəsmən etiraf etdi – Türkiyə hökumətibackend

Ermənistan prezidenti beynəlxalq hüququ pozduqlarını rəsmən etiraf etdi – Türkiyə hökuməti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Armen Sarkisyanın digər ölkələrin vətəndaşları olan ermənilərin Dağlıq Qarabağdakı döyüşlərdə vuruşduqları və vuruşa bilmələri barədə açıqlaması beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Türkiyə hökumətindən qeyd ediblər ki, beləliklə, Ermənistan hakimiyyəti dolayısı ilə beynəlxalq hüququ pozduqlarını etiraf edib: “Milliyyətindən asılı olmayaraq, başqa bir ölkənin vətəndaşı başqa bir ölkənin ərazisində, xüsusilə işğal olunmuş ərazilərdə döyüşə bilməz”.

Hökumətdən həmçinin bildiriblər ki, A.Sarkisyan bu faktı ermənilərin 1915-ci il hadisələrinin təkrarlanmasının qarşısını almaq üçün guya döyüş əməliyyatlarında iştirak etməsi ilə izah etməyə çalışır: “Bir daha təkrar edirik ki, A.Sarkisyanın bəyanatı beynəlxalq hüququn kobud şəkildə pozulmasını nəzərdə tutur və digər ölkələrin vətəndaşlarının Dağlıq Qarabağdakı hərbi münaqişədə iştirakı cinayət xarakteri daşıyır”.

Qetd edək ki, oktyabrın 1-i Ermənistan prezidenti Armen Sarkisyan “Əl Cəzirə” telekanalının efirində müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib.

S.Sarkisyan bildirib: “Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik”.