Ermənistan prezidenti Gürcüstana rəsmi səfərə gəlibbackend

Ermənistan prezidenti Gürcüstana rəsmi səfərə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Vaaqn Xaçatryan Gürcüstana rəsmi səfərə gəlib. Tbilisi hava limanında Ermənistan prezidentini Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Gürcüstan Prezidentinin Administrasiyasının rəhbəri Ketevan Kvinikadze və bir neçə digər rəsmi şəxs qarşılayıb.

Xaçatryanla yanaşı, iqtisadiyyat naziri Gevorq Papoyan, xarici işlər nazirinin müavini Vaqan Kostanyan, parlament üzvü Şirak Torosyan və başqaları da Tbilisiyə gəlib. Səfər zamanı Xaçatryanın gürcü həmkarı Mixeil Kavelaşvili ilə danışıqlar aparacağı gözlənilir. Nümayəndə heyətlərinin genişləndirilmiş görüşü də planlaşdırılır.

//Samir Qurbanov, Editor.az