Ermənistan prezidenti ilk dəfə Azərbaycanla sərhəddə olubbackend

Ermənistan prezidenti ilk dəfə Azərbaycanla sərhəddə olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Tavuşdakı Azərbaycanla delimitasiya zonasına səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Ermənistan prezidenti Gümrüdə jurnalistlərə bildirib ki, vəziyyətlə yerində tanış olub.

“İlk dəfə öz gözlərimlə gördüm ki, bizim öz əlimizlə qurduğumuz sərhəd var. Yəni tikanlı məftillər var, amma biz onu təkmilləşdirəcəyik. Orada bizim sərhədçilər keşik çəkirlər. Uzaqda isə binokl ilə görünən Azərbaycan sərhədçiləri dayanıb. Bölgədə maşınlar hərəkət edir, yollar açıqdır, mən sərhəddəki üç kənddə oldum”, – V. Xaçaturyan bildirib.

O, həmçinin qeyd edib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bölgəyə yeni dolama yol çəkilir. Prezident həmin əraziyə baxdıqdan sonra İcevandan geri qayıdıb və orada dağılmış yolları görüb.

“Amma bilirsiniz ki, həyat davam edir, insanlar narazılıq etmirlər, onların problemləri həll olunur, onlar hakimiyyətin yanında olduğunu hiss edirlər”, – deyə V.Xaçaturyan vurğulayıb.