“Ermənistan prezidenti Rusiya televiziyasına müsahibədə faktları saxtalaşdırıb” – Leyla Abdullayevabackend

“Ermənistan prezidenti Rusiya televiziyasına müsahibədə faktları saxtalaşdırıb” – Leyla Abdullayeva

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Rusiyanın “RBK” telekanalına müsahibəsində faktları saxtalaşdırıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, erməni prezidenti Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb:

“Onun sözlərinə görə, 1980-ci illərin sonlarında Azərbaycanı 1 milyondan çox erməni tərk edib. Fakt isə ondan ibarətdir ki, 1989-cu ildə keçirilmiş siyahıyaalmaya əsasən, Azərbaycanda 390 505 erməni yaşayıb”.