Ermənistan prokurorluğu keçmiş müdafiə naziri Seyran Ohanyanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı parlamentinin rəhbərliyinin “həri”sini alıb.
Editor.az xəbər verir ki, Bu barədə “Sputnik Ermənistan” xəbər verir. Sabiq nazirin deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı eyni anda üç vəsatət qaldırılıb: o, xüsusilə böyük miqyasda əmlakın mənimsənilməsinə görə cinayət təqibi ilə üzləşib.
Demək olar ki, hər üç vəsatət parlamentarilərin 68 səsi ilə yekdilliklə təsdiqlənib. Yalnız məzmunu açıqlanmayan ikinci vəsatət üzrə iki deputat səs verməkdən imtina edib. Bununla belə, ölkənin baş prokuroru Anna Vardapetyan Ermənistan Milli Assambleyasının belə bir qərarı ilə bağlı o qədər də nikbinlik hiss etmir və hesab edir ki, Ohanyanın günahı sübuta yetirilsə belə, cinayət cəzasından yayına biləcək.
Bu, cinayət üzrə iddia müddətinin keçməsi ilə əlaqədardır ki, bu halda hökm real cəza təyin edilmədən çıxarılır. Qeyd edək ki, Ermənistanın Baş Prokurorluğu xüsusilə böyük miqdarda mənimsəmə, habelə öz vəzifə mövqeyindən maraqları üçün istifadə etməkdə şübhəli bilinən Ermənistan müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı cinayət işi açmaq niyyətindədir.
//Samir Qurbanov, Editor.az

