Ermənistan “Qafqazın Somalisi”nə çevrilə bilər – Arkovbackend

Ermənistan “Qafqazın Somalisi”nə çevrilə bilər – Arkov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sirr deyil ki, onsuz da yaxşı iqtisadi durumda olmayan Ermənistan Nikol Paşinyanın və Soros Fondunun digər “yetirmələri”nin iki il yarım hakimiyyəti dövründə dibə çökərək, humanitar fəlakətin astanasına gəlib çatdı. Bununla əlaqədar olaraq, rəsmi Bakının Ermənistandan Azərbaycan ərazilərinə zərər vurmasına görə tələb edə biləcəyi onmilyardlarla dollarlıq təzminat məbləği İrəvan üçün əlçatmaz görünür.

Bunu Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov bildirib.

Politoloq deyib ki, zənnimcə, Azərbaycan hakimiyyəti və cəmiyyəti Ermənistanı dinc həyata qaytarmağın, bu dövlətin başında müdrik liderlərin meydana çıxmasının, eləcə də ölkə daxilində sabitlik yaratmaq və mehriban qonşuluq münasibətləri qurmağın marağındadır:

“Mövcud rejimin qorunub-saxlanacağı təqdirdə Ermənistan davamlı olaraq təhlükə saçan Qafqazın Somalisinə çevriləcək.

Bakının geri qaytarılmış torpaqların inteqrasiyasına və orada qalmaq istəyən erməni millətindən olan sakinlərə qarşı sivil yanaşmanı bütün dünyaya nümayiş etdirməsi vacibdir”.

Arkov əlavə edib ki, Kəlbəcər və digər işğaldan azad olunmuş rayonları çox vaxt “Qafqazın İsveçrəsi” adlandırırlar:

“Bənzərlik təkcə heyranedici landşaftda deyil, həm də iqtisadi aspektdə olsa, pis olmaz. Məsələn, turizm inkişaf etdiriləcək. Türkiyənin işgüzar dairələri həm bu sahədə yığılmış təcrübə, həm də müasir infrastrukturun yaradılmasına qoyulan investisiyalarla kömək edə bilərlər”.