Dekabrın 26-da Gürcüstan Ermənistana qaz nəqlini müvəqqəti dayandırıb.
Bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat verib. Qazax-Saquramo qaz kəmərinin 125-ci kilometrliyində aparılan təmir işləri ilə əlaqədar yerli vaxtla saat 13:00-da qazın verilişində fasilələr yaranıb.
Ermənistana qazın verilməsinin saat 19:00-da bərpa olunacağı gözlənilir. Eyni zamanda, respublika sakinləri heç bir fasilə yaşamamalıdırlar, çünki bütün bu müddət ərzində tədarük daxili ehtiyatlar hesabına təmin olunacaq. Xatırladaq ki, işlərin aparıldığı kəmər “Şimali Qafqaz – Zaqafqaziya” tranzit magistral qaz kəmərinə birləşir.
//Samir Qurbanov, Editor.az