“Ermənistan regionu Qərbin poliqonuna çevirmək istəyir”-ŞƏRHbackend

“Ermənistan regionu Qərbin poliqonuna çevirmək istəyir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqaz Tədqiqatçılar Mərkəzinin analizində Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələrdə zəmanət mövzusunu ortaya atır və bunun zəmanətçisi kimi İran, AB, Fransa və ABŞ-ı görmək istədiyini bildirir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Ermənistanın belə hərəkətləri özünü sözdə beynəlxalq ictimaiyyətə sülh tərəfdarı kimi göstərib sülh müqaviləsinin imzalanmasını manipulyasiya etmək xarakteri daşıdığının göstəricisidir:

“Belə olmasaydı Ermənistan zəmanətçilər kimi tərəfləri regiondan min kilometrlərlə uzaqda yerləşən dövlətləri niyə görməlidir? Halbuki Ermənistanın əsrlər boyu zəmanəti olmuş Rusiya uzun illərdir ki, elə oradadır. O cümlədən ən yaxın qonşusu olan Türkiyəni zəmanətçi kimi niyə görmürlər? Halbuki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malik ölkədir və imzalanacaq sülh müqaviləsinə hər bir zəmanəti verə bilmək iqtidarındadır. Həm də Azərbaycan Ermənistana qarşı ərazi iddialarının olmadığını açıq şəkildə bəyan edir və bir daha müharibə istəmədiyini bildirir. Ermənistan sadəcə regionu Qərbin poliqonuna çevirmək istəyir. Hesab edirəm ki, Azərbaycan regionun, o cümlədən ölkəmizin milli maraqlarına təhlükə yaradacaq Ermənistanın hər hansı bir təklifini qəbul etməyəcək. Bu sülh hamıdan çox ilk növbədə Azərbaycan və Ermənistanın özünə lazımdır. Ona görə də biz imzalanacaq sülh müqaviləsinə inamımızı göstərə bilmiriksə, onda bu müqavilənin imzalanmasına heç ehtiyac olmadığını hesab edirəm”.

//Gülnarə Abasova, Editor.az