“Ermənistan rəhbərliyi son oyununu oynamağa başlayıb”-AÇIQLAMAbackend

“Ermənistan rəhbərliyi son oyununu oynamağa başlayıb”-IQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Lavrovun iddiasına görə “ Rusiya sülhməramlı kontingentinin komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi ilə Qarabağ “nümayəndələri” arasında görüş keçirilib.

Politoloq Azər Qasımov Editor.az-a bildirib ki, Xankəndidəki görüşün yeni dəyişiklərə səbəb olacağı mütləqdir:

“Əgər tərəflər, xüsusən də, Azərbaycan bu görüşə razılıq veribsə, deməli, tələblərinin yerinə yetiriləcəyindən əmin olub. Görüşdə Azərbaycanın tələbləri bəlli olub və hərçəndki Araikin təklifləri rədd edilib. Çünki görüşdə onun olmadığı xəbərləri yayılıb. Görüşdə Azərbaycan tərəfinin də qəbul etdiyi və Azərbaycan əsilli erməninin tərəf kimi iştirak etdiyi deyilir. Azərbaycan onsuz da Qarabağdakı məlum separatçılarla heç bir halda, xüsusən də, Ruben Vardanyanla danışıqlara getməyəcəyini açıqlayıb, hətta şərt kimi onun Qarabağdan çıxarılmasını tələb edib”.

A. Qasımov danışıqlara rus sülhməramlılarının iştirakı ilə erməni tərəfindən məlum fiqurların dəvət edilməməsi də onu göstərir ki, Azərbaycanın tələblərinə ciddi diqqət yetirilir:

“Xankəndi-Laçın yolunda keçirilən aksiya öz nəticəsini artıq verib. Azərbaycanın Ermənistan sərhəddində sərhəd məntəqəsi quracağı və keçid üçün sərhəd avadanlıqlarının quraşdırılması planlandığı məlumatlar arasındadır. Görünən odur ki, istər Qarabağ erməniləri, istərsə də Ermənistanın rəhbərliyi son oyunlarını oynamağa başlayıblar. Təbii ki, bunun oyun olacağı təqdirdə başlarına gələcəyi yaxşı başa düşürlər”

//Gülnarə Abasova, Editor.az