“Ermənistan rəhbərliyinin siyasi iradəsizliyi bəzi dövlətlərə regionda təxribat törətməyə rəvac verə bilər”- ŞƏRHbackend

“Ermənistan rəhbərliyinin siyasi iradəsizliyi bəzi dövlətlərə regionda təxribat törətməyə rəvac verə bilər”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın müstəqilliyi elan olunan gündən formal xarakter daşıyıb. Əslində Ermənistan bir forpost dövlətdir. Artıq Cənubi Qafqazda yeni reallıqlar var və bu reallıqlar geopolitik balansı sürətlə Azərbaycanın leyhinə, Ermənistanın isə əleyhinə dəyişməkdədir. Bu dəyişiklik nəticəsində Cənubi Qafqaza təsir imkanlarını itirən və ya zəifləyən regional və regiondan kənar güclər Ermənistan üzərindən yeni təsir rıçaqları əldə etməyə çalışırlar ki, bu da Cənubi Qafqazda, xüsusilə Ermənistanın özündə ağır nəticələrə səbəb ola bilər. Təəssüf ki, Ermənistan rəhbərliyinin siyasi iradəsizliyi bəzi dövlətlərə regionda təxribat törətməyə rəvac verə bilər. Obyektiv qiymətləndirmə ondan ibarətdir ki,Ermənistanın müstəqilliyi, siyasi sabitliyi, sosial-iqtisadi inkişafı məhz Azərbaycanın şərtlərini qəbul edib, sülh müqaviləsini imzalamaqdan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq qeyd edib ki, Ermənistanın müstəqilliyinin zəmanəti Azərbaycan və Türkiyədir:

” Bu gerçəkləri təəssüf ki, Ermənistanda çox az adam anlayır. Erməni baş nazir Nikol Paşinyan bu gerçəklikləri anlamış kimi görünsə də üzərində İran, Rusiya kimi ölkələrin, eyni zamanda, erməni diasporasının güclü təzyiqi olduğu açıq aydın görünür. Ermənistan 10 noyabr 2020-ci ildə kapituliyasiya aktını imzaladıqdan sonra, bütün platformalarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, lakin sülh müqaviləsini imzalamağı gecikdirir. Bu da erməni hökümətinin daxildə, xarici mərkəzlərdən bəslənən destruktiv və faşist qüvvələrin təzyiqləri qarşısında gücsüz və aciz olduğunu göstərir. Təsadüfi deyil ki, keçmiş prezident L.T. Petrosyan da bu yaxınlarda yerli televiziyaya verdiyi açıqlamada Paşinyanın sülh sənədinə imza atmaq istədiyini, lakin devriləcəyindən qorxduğunu bildirmişdir”.

//Gülnarə Abasova, Editor.az