Ermənistan Rusiya ilə hansı dildə danışır – xarici işlər naziri Ararat Mirzoyan açıqladıbackend

Ermənistan Rusiya ilə hansı dildə danışır – xarici işlər naziri Ararat Mirzoyan açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todos Noticias” nəşrinə müsahibəsində Moskva və İrəvanın müxtəlif dillərdə danışdığını, iqtisadi əlaqələrin inkişafına baxmayaraq, tərəflər arasında problemlərin olduğunu bildirib. “Əməkdaşlıq müxtəlif sahələri əhatə edir, təhlükəsizlik sahəsində yaxşı əlaqələr qorunur.

Amma bu da bir həqiqətdir ki, bu gün düşüncələrimiz fərqlidir və sadə dildə desək, eyni dildə danışmırıq. Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək olmaz”, – Mirzoyan bildirib.

Erməni nazir Rusiya-Ermənistan münasibətlərinin gələcəyini proqnozlaşdırmaqda çətinlik çəkib. O, eyni zamanda xatırladıb ki, “Ermənistanın ölkələrin öz öhdəliklərini qarşılıqlı şəkildə yerinə yetirməsi ilə bağlı ədalətli gözləntiləri var”.

Ermənistan XİN rəhbəri əmin edib ki, ölkə NATO-ya daxil olmağı planlaşdırmır və baş nazir Nikol Paşinyanın Ermənistanın Avropa kursu ilə bağlı sözlərini təkrarlayıb: İrəvan Aİ ilə mümkün qədər yaxınlaşmağa hazırdır.

//Samir Qurbanov, Editor.az