“Ermənistan Rusiya ilə münasibətləri korlandıqdan sonra düşdüyü vəziyyəti dərk etməyə başlayıb”- ŞƏRHbackend

“Ermənistan Rusiya ilə münasibətləri korlandıqdan sonra düşdüyü vəziyyəti dərk etməyə başlayıb”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hökuməti, xüsusilə də Nikol Paşinyan, Rusiya ilə münasibətləri korladıqdan sonra necə çətin duruma düşdüyünü artıq hiss etməyə başlayıb. Onun son günlər ərzində Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişaf etdirməsi ilə əlaqədar çabaları geosiyasi sahədə acınacaqlı vəziyyətdə olduğunu dərk etməsi ilə bağlıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, 5 aprel Brüssel görüşləri Ermənistan hökuməti və xalqının gələcəyə olan ümidinin puça çıxması ilə nəticələndi:

“Avropa İttifaqı və ABŞ-ın İrəvanla münasibətdə gözləntiləri qarşılamaması bu vaxta qədər onların çəkdikləri zəhmətin hədər getməsindən xəbər verdi. Axı onlar 2020-ci ildən sonra ABŞ və Qərbdə görüşmədiyi siyasətçi, döymədikləri qapı qalmamışdı. Nəticəsi isə göz qabağındadır. Əllərində olan bütün vasitələrdən istifadə etdikdən sonra Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından başqa çıxış yollarının olmadığını bir daha dərk etdilər.
Paşinyanın 4 kəndi qaytarması və delimitasiya və demarkasiyaya başlamaq haqqında göstəriş verməsi dediyimizin sübutudur.

Əlbəttə, ermənilərin bütün cəhdlərinin boşa çıxması heç də onların yorulub oturacaqları anlamına gəlməməlidir. Onlar Azərbaycana qarşı mübarizələrindən bir gün belə əl çəkməyəcək, imkan düşdükcə öz pis xislətlərini ortaya qoyacaqlar. Paşinyan hakimiyyətinin müxtəlif ölkə nümayəndələri və təşkilatlarla görüşüb söhbət aparmasını da biz sakit qəbul etməliyik. Əksinə İrəvanın atdığı addımın qarşısında biz daha ciddi arqumentlər qoymalıyıq. Onların canfəşanlığı bizi də mübarizəyə təşviq etməlidir. Düşünürəm ki, elə belə də olacaq”.

//Gülnarə Abasova, Editor.az