Ermənistan- Rusiya iqtisadi əlaqələri mövsümi xarakter daşıyır: Qərbin ciddi təzyiqləri gözlənilirbackend

Ermənistan- Rusiya iqtisadi əlaqələri mövsümi xarakter daşıyır: Qərbin ciddi təzyiqləri gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ilə Ermənistan arasında iqtisadi əlaqələr məhz Qərbin Rusiyaya qarşı sanksiyaları müstəvisində həyata keçirilir. Yəni, Ermənistan Rusiyaya qarşı sanksiyalardan yayınır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, hazırda Rusiya Ermənistan üzərindən ticarət edir:

“Ona görə də Ermənistan iqtisadiyyatında hazırda canlanma var və ilin axrına kimi bu 16 milyard dollar təşkil edəcək. Bu isə kiçik Ermənistan üçün çox böyük rəqəmdir. Göründüyü kimi Qərb də Paşinyanın iqtisadi əlaqələrinə göz yumur. Çünki Qərb Ermənistana yalnız siyasi dəstək verir. Hələ iqtisadi dəstək vermək gücündə deyil. Ona görə də Ermənistanın Rusiya ilə iqtisadi əlaqələrini gözardı edir. Xüsusilə bu, sanksiyalarla bağlıdır. Nikol Paşinyan da ötən gün qeyd etmişdi ki, Rusiya ilə iqtisadi əlaqələrə gələn ildən korrektelər ediləcək, İrəvan da müəyyən sanksiyalara qoşulacaq. Çünki artıq Qərb də Ermənistana təzyiq edir. Qərblə Rusiya arasında münasibətlər daha da kəskinləşir, yeni sanksiyalar tətbiq olunur. Rusiya isə çıxılmaz vəziyyətdə qalaraq Ermənistan üzərindən iqtisadi əlaqələri davam etdirir. Təbii ki, Qərb Ermənistanın bu siyasətinə aydınlıq gətirəcək. İki stulda oturmaq Nikol Paşinyana baha başa gələcək. Qərb Ermənistan konkret olaraq bitərəfli mövqe tələb edəcək. Yəni, Ermənistan- Rusiya iqtisadi əlaqələri mövsumi xarakter daşıyır və bir müddətdən sonra Rusiya özü də Ermənistanın Qərbə daha da yaxınlaşmasına görə bu iqtisadi əlaqələrdən yayına bilər”.

//Gülnarə Abasova, Editor.az