“Ermənistan-Rusiya münasibətlərinin bu günkü durumu artıq gülüş doğurmağa başlayıb. Maraqlıdır, Rusiya Paşinyanın ora səfərini sevinclə qarşılayır. Demək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ən azı bu hərəkəti ilə özünə hörmət qoydurmağı bacarıb. Rusiyanı əlində oyuncağa çevirib. Paşinyanı Rusiyada görəndə görünür, sevinirlər. Əslində bu elə də sadə məsələ deyildir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq bildirib ki, Ermənistanın Rusiya ilə münasibətlərinin pisləşməsindən narahat olan qüvvələr də çoxdur:
“Odur ki, belə bir addım onları sevindirir. Təbii ki, bir yerə qədər…Rusiya Ermənistana pislik etmək istəmir və istəməz. Çünki Ermənistana qarşı hər hansı addım onun özünün əleyhinə çevrilə bilər. Odur ki, Rusiya da ehtiyatlı davranmağa məcbur olur. Paşinyan Putinlə mütləq görüşəcək. Paşinyan bəyan edib ki, Rusiyadan ayrılmaq yumşaq olacaq. Hesab edirəm ki, Paşinyan ona görə Rusiyaya gedir. İstəmir ki, çox gərginlik olsun. Erməni baş nazirin planları hələ irəlidədir. Amma Rusiyanın da nə edəcəyi hələ bəlli deyil. Paşinyan Putinlə hələ ki, siçan-pişik oynayır. Putin də pişiyin siçanla oynadığı kimi Paşinyanla oynayır. Axırda siçanın başına gələn isə bəllidir”.
//Gülnarə Abasova, Editor.az

