Ermənistan Rusiya variantını irəli sürdü: “Paşinyanı “cəsarətləndirən” də budur”-AÇIQLAMAbackend

Ermənistan Rusiya variantını irəli sürdü: “Paşinyanı “cəsarətləndirən” də budur”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesi konkret olaraq ölkəmizin irəli sürdüyü və rəsmi İrəvanın qəbul etdiyi 5 əsas prinsip və Alma-Ata bəyannaməsinə uyğun hesablanır. Lakin Rusiyanın irəli sürdüyü təkliflərdə Azərbaycanın təhlükəsizliyi və suverenliyini təhdid edən faktor var. Ölkəmiz də haqlı olaraq bunu qəbul etmir”.

Bu fikirləri Editor.az-a politoloq Məhəmməd Əsədullazadə
Ermənistan baş naziri Nikol Paşinyanın müsahibəsi zamanı Vaşinqtonda başlayan müzakirənin Moskvada davam etdiriləcəyi eyni zamanda, 2022-ci ildə Rusiyanın təqdim etdiyi yazılı təklifi Azərbaycanın rədd etməsinə baxmayaraq yenidən gündəliyə çıxsa Ermənistanın qəbul edəcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə,Vaşinqtonda keçiriləcək görüşün ardınca Moskvada nəzərdə tutulan görüşdə 2022-ci ildə təklif olunan şərtlər yenidən gündəliyə çıxarsa, Azərbaycan bunu qəbul etməyəcək:

“Ermənistan bu çıxışlarını davam etdirərsə, sülh müqaviləsinin imzalanması da uzanacaq. Rusiyanın siyasətini müdafiə etməklə bu prosesdən yayınmağa çalışır.
Rusiyanın da siyasəti Qarabağdakı erməni icmasına status verilməsindən yanadır. Rəsmi Bakı da bunu qətiyyən qəbul etmir. Xankəndidə ermənilərin keçirdiyi “mitinq” Nikol Paşinyana “cəsarət” verir. Həmin mitinqdə Rusiya tərəfindən idarə olunur. Ümumiyyətcə prosesi “tormozlamağa” cəhd edirlər. Ermənistan ona görə də Rusiya variantını irəli sürür”.

//Safura Bənnayeva, Editor.az