Ermənistan Rusiya və İranın təsirindən dərhal çıxmalıdır: “Son aksiyaların sönük və azsaylı olması ümid verir ki…”backend

Ermənistan Rusiya və İranın təsirindən dərhal çıxmalıdır: “Son aksiyaların sönük və azsaylı olması ümid verir ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan yol ayrıcındadır, ya Azərbaycanla bütün şərtlərimizi qəbul edib sülh müqaviləsini imzalayacaq, ya da daxildə dərin bir xaosa sürüklənəcək. Azərbaycanla sülh müqaviləsi imzalanmadanTürkiyə ilə də normallaşma olmayacağını diqqətə alsaq onda baş verəcək xaosun miqyası və şiddətinin daha böyük olacağı realdır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloqun sözlərinə görə, Ermənistan regiona böyük zərərlər verən boş xülyalardan əl keçməli, dərhal Rusiya və İran təsirindən çıxaraq üzünü Azərbaycan və Türkiyəyə çevirməlidir:

“Ermənilər anlamalıdırlar ki, Rusiyanın sülhü gecikdirmə planı, eləcə də İranın Cənubi Qafqazda ambisioz maraqları naminə özlərinin milli maraqlarını qurban vermək, regionu destabilizasiya etmək onlara heç bir fayda verməyəcək. Tam əksinə, dünyanın yeni-yeni böhran və iğtişaşlara doğru getdiyi bir zamanda, qarşıdurmaların ən böyük acısını məhz erməni xalqı çəkəcək. İnanıram ki, nəhayət Ermənistanda erməni xalqının gələcəyini düşünən siyasətçilər tapılacaq və Azərbaycanın verdiyi xoşməramlı və faydalı mesajları dəyərləndirəcəklər. Ermənistanda son aksiyaların sönük və azsaylı olması ümid verir ki, bu aksiyaların sifarişçiləri və təşkilatçıları istədiklərinə nail ola bilmədilər. Görünən odur ki, erməni xalqı da sifarişçilərin və təşkilatçıların əsl niyyətlərinin erməni xalqının deyil, kənar maraqları təmin etmək olduğunu bilir”.

//Gülnarə Abasova, Editor.az