Ermənistan Rusiyadan silah almaqda davam edəcək: razılıq əldə olundubackend

Ermənistan Rusiyadan silah almaqda davam edəcək: razılıq əldə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ermənistanla çatdırılmayan Rusiya silahlarının ödənişi məsələsi həll olunub.

O qeyd edib ki, Ukraynadakı hərbi əməliyyatlar kontekstində Moskva öz müttəfiqləri qarşısında götürdüyü bütün öhdəlikləri vaxtında yerinə yetirə bilməz. Eyni zamanda, nazir əmin edib ki, müəyyən silah sistemləri hələ də Ermənistan tərəfinə verilir. “Çatdırılmalara görə ödəniş və uğursuz çatdırılma ilə bağlı qeyd etdiyiniz epizodları biz bu gün müzakirə etdik və həll etdik. Bu ödənişlər başqa məqsədlər üçün hesablanıb və burada heç bir ziddiyyət yoxdur”, – deyə Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.

Rusiyalı nazir bəyan edib ki, Rusiya Ukraynanı dəstəkləyən və Ukrayna Silahlı Qüvvələrinə müasir silahlar göndərən “bütün Avropaya qarşı vuruşmağa məcburdur. Erməni dostlarımız, əminəm ki, bizi başa düşürlər ki, bu vəziyyətlərdə biz bütün öhdəliklərimizi vaxtında yerinə yetirə bilmərik. Amma belə vəziyyətdə belə, erməni dostların müqavilə bağladıqları bütün sistemlər ötürülür və biz bu təcrübəni davam etdirəcəyik”, – Sergey Lavrov izah edib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan heç vaxt almadığı silahlara görə Rusiyaya “milyonlarla dollar” ödəyib.

//Samir Qurbanov, Editor.az