Ermənistan Rusiyanı qapı arxasında qoyacaq – ŞƏRHbackend

Ermənistan Rusiyanı qapı arxasında qoyacaq – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş Qərargahı, o cümlədən yüksək rütbəli hərbçilər Baş nazir Nikol Paşinyanı istefaya çağırıb.  Baş Qərargahın bu bəyanatına ölkənin sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyan da dəstək verib. Bunun ardınca Paşinyanın istefası tələbi ilə Yerevanda aksiya başlayıb.

Ermənistanda cərəyan edən proseslərlə bağlı Yenisabah.az-a açıqlama verən keçmiş Xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib ki, bu hadisələri Vətən müharibəsinin nəticələri ilə nisbətən əlaqələndirmək olar:

“Ortada olan diskussiya ictimaiyyət üçün maraqlıdır. Uzun müddət Ermənistan-Rusiya əlaqələrinin əsası ondan ibarət olub ki, Rusiya “təhlükəsizlik təminat”ını Ermənistana verərkən, Ermənistan Azərbaycana qarşı işğalçı siyasətini həyata keçirib. Məsələnin altındakı əsas siyasi proses ondan ibarətdir. Amma bu müharibədən sonra Rusiya mövqeyində dəyişiklik etdi və Qarabağ mövzusuna Ermənistana istədiyi qədər kömək etmədi. Təbii ki, hazırda Ermənistan cəmiyyətində ortaya belə bir sual çıxır: “Əgər Rusiya bu məsələdə bizə kömək etmirsə, onda Ermənistan-Rusiya “qardaşlığı” nəyə lazımdır?”. Onlar başa düşürlər ki, Ermənistan kiminsə diktəsi altında hansısa bir patronun nökəri olmağa məcbur olan ölkədir”.

Politoloq hesab edir ki, artıq ermənilər Rusiyanın onlara investisiya, təzə texnologiya və hansısa sosial layihə verməyəcəyini hiss edir:

“Nəticədə təbii olaraq gözlərini Qərbə yönəldiblər. Başa düşürlər ki, Rusiyanı ölkədən çıxarıb əvəzinə Qərb düşərgənin nümayəndələrini gətirsələr, investisiya, köməklik alacaqlar. Hazırda gedən proseslər məhz bunu göstərir. Paşinyan istər-istəməz Ermənistan cəmiyyətinin sifarişini həyata keçirməlidir. Bu hadisələrin səbəbi olan  “İsgəndər” raketi “effektli” və ya “effektsizdir” müzakirələri üstdə olan bir laydır. Əslində isə proseslərin mahiyyəti qeyd etdiyim kimidir. Əminəm ki, Ermənistan gələcəkdə Qərb yönlü siyasət həyata keçirəcək və bir neçə il ərzində addım-addım Rusiyanı Ermənistandan tam şəkildə uzaqlaşdıracaq”.

 

Ermənistan Rusiyanı qapı arxasında qoyacaq -  ŞƏRH