Ermənistan Rusiyanı Türkiyə ilə əvəz edir – Bakının planı işə yarıdıbackend

Ermənistan Rusiyanı Türkiyə ilə əvəz edir – Bakının planı işə yarıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Rusiyanın orbitindən çıxmaqda çox maraqlıdır. Bunu Nikol Paşinyanın noyabrın əvvəlində Soçi görüşündən imtina edərək Brüssel görüşünə razılıq verməsi də təsdiq etdi. Belə demək mümkünsə Ermənistanın hazırki rəhbəriyi Rusiya ilə bir masa arxasında hər hansı bir məsələnin müzakirəsinə qarşıdır. Lakin Paşinyanın bu cəhdləri heç bir nəticə vermir. 

Brüssel görüşü bir daha təsdiq etdi ki, rəsmi İrəvan demək olar ki, Qərblə dialoqlarda Moskvanın nəzarəti altında iştirak etdi. Bunu hətta noyabrın 26-da Soçi görüşü zamanı Vladimir Putin də elan etmişdi. Onun Soçidə “Brüssel görüşü olacaq. Bu görüşü də diqqətlə izləyəcəyik” deməsi ilə əslində Nikol Paşinyana “Qərblə dialoqlarda özünü ağıllı apar, hər şeyə nəzarət edəcəyik” mesajı vermişdi. Biz bunun əyani təsdiqini gördük.

Prezident İlham Əliyevin “Zəngəzur dəhlizində Ermənistan Gömrük Məntəqəsi quracağı halda eynisini biz Laçın dəhlizində tətbiq edəcəyik” açıqlamasından sonra ekstaza düşən Paşinyanın yaxın müttəfiqi Emanuel Makrona müraciəti əsasında Fransa liderinin dərhal məsələ ilə bağlı Putinlə əlaqə saxlayaraq müzakirə aparması da Ermənistan-Azərbaycan məsələsində Rusiyanın çəkisinin artıq qəbul edilidiyini göstərir. Baxmayaraq ki, hər cür yolla Qərb Ermənistanı Rusiyanın nəzarətindən çıxararaq Cənub Qafqazda mövcud olmaq üçün hər şeyə hazırdır.

Amma görünür Ermənistan rəhbərliyi Avropadakı himayədarları, Qərbdəki onlara havadarlıq edən beyin mərkəzləri ilə bir məsələdə razılaşıblar. Bu gün Ermənistanın Moskvanın orbitindən çıxıb Qərbə inteqrasiyası məqsədilə Paşinyan hətta düşməni ilə bir masa arxasında oturmağa qərarlı görünür. Müharibənin taleyini Azərbaycan həll etdisə, II Qarabağ savaşının ədalətli nəticələnməsində müstəsna rolu olan, dünya güclərinin Azərbaycana təzyiqini azaldan, Azərbaycanın tək olmadığını verdiyi bəyanatlarla tez-tez xatırladan Türkiyə amili ən azı Rusiya qədər bölgədə mövcud olmağı, sülhdə, sabitlikdə əvəzsiz pay sahibi kimi iştirakı İrəvanı bu gedişi etməyə məcbur qoyub. Ermənistan rəhbərliyi yaxşı anlayır ki, bölgədə inkişaf etmək istəyirsə ilk növbədə türklərlə münasibəti normallaşdırmaq lazımdır.

Paşinyan həm bununla bu gün ölkəsinin dəmiryolundan tutmuş bir çox sahələrə nəzarət edən, iri ticarət tərəfdaşı olan Rusiyadan asıllığı azaltmağa nail olmaq məqsədi güdür, həm də uzun illərdən sonra Türkiyənin etimadını qazanmağı planlaşdırır. Çünki rəsmi İrəvan yaxşı bilir ki, Ankara Moskvadan fərqli olaraq Ermənistanı tamamilə özündən asılı vəziyyətə salıb, onun daxili, xarici işlərinə qarışmaq, eləcə də iqtisadi əlaqələrinə təsir etmək, müstəqil siyasət yürütmək siyasətinə mane olmaq niyyətində deyil. Ankaranın da Bakı kimi məqsədi bölgədə sülh, sabitlik mühitinin formalaşdırılması, qonşuluq şəraitində birgə yaşayışın təmin edilməsi, xalqlar arasında nifrət, düşmənçilik meyillərinin sıfra endirilməsidir. Çünki yalnız bu halda regionda hansısa inkişafdan, uzunmüddətli sülhdən söhbət gedə bilər.

Elə bu məqsədlə də rəsmi Ankara son iki ay ərzində İrəvana ciddi cəhdlə təkliflərini irəli sürür. Öncə Ermənistanla uçuşları bəpa etmək üçün hazırlaqlara başlayan Türkiyə (İstanbul-İrəvan-İstanbul reyslərinin açılması ilə bağlı Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxılır – red.) dərhal bunun ardınca İrəvana rəsmi nümayəndəsini də təyin etdi. Türkiyənin jestinə Ermənistan müsbət reaksiya verdi, İrəvan da parlamentinin vitse-spikerini Ankara ilə münasibətlərin, normalaşdırılması, tənzimlənməsi məqsədilə xüsusi nümayəndə elan etdi.

Təbii ki, bu hadisələr 44 günlük müharibədən sonra Türkiyənin Cənubi Qafqazda mövcud olmasının, regionda daha da möhkəmlənməsinin, bölgənin gələcəyi ilə bağlı istənilən qərarlarda əsas aktora çevrilməsi üçün olduqca əhəmiyyətlidir. Şübhəsiz ki, bu proseslərdə hərə ona düşəcək payı əldə etməyə çalışır, öz mənafeyini daha ön planda tutur. Amma demək ki, İrəvan rəhbərliyi artıq anlayır ki, Ermənistanın gələcəyi, onun inkişafı, insanlarının yaşayış səviyyəsinin normallaşması ancaq və ancaq qonşularla “yalnız mən” prinsipindən uzaqlaşmaqla mümkün ola bilər. Bunun üçün ilk növbədə Ermənistan işğalçılıq niyyətindən, revanş hissindən uzaq olmalıdır. Çünki bunu artıq nə Azərbaycan, nə də Türkiyə bağışlayacaq.

Nəzəzə alsaq ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı ən pik zirvəsindədir və istər regionla bağlı, istərsə də artıq qlobal əhəmiyyətli məsələlərdə belə bir-biri ilə məsləhətləşirlər, o zaman Ermənistan daha diqqətli olmalıdır. Bunun təsdiqi kimi elə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak etmək məqsədilə getdiyi İslamabadda dediyi “Türkiyənin bölgədə atdığı bütün addımlarda Azərbaycanla birgə məsləhətləşmələr aparılır və birgə qərarlar verir” fikirlərini qeyd etmək olar.

Görünür Azərbaycan lideri Brüsseldə Paşinyanla bir neçə saat davam edən danışıqları zamanı erməni baş naziri “ikna” edə bildi. İlk dəfə olaraq üçüncü tərəfin iştirakı olmadan təkbətək görüşmək imkanı əldə edən dövlət başçılarının dialoqdan razılıq ifadə etmələri göstərir ki, Paşinyan ya indiyə kimi Azərbaycanın səmimi olduğuna inanmayıb, ya da ona Azərbaycanla münasibətləri normallaşdırmağın Ermənistan üçün faciə olacağı barədə çox yalanlar uydurublar. Amma Azərbaycan Prezidentinin sözü onun imzasıdır. Bunu istər müharibə zamanı, istərsə də postkonlikt dövründə bir daha nəinki xalqına, bütün dünyaya sübut edib.

16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməni hərbiçilərin ötən gün İrəvana təhvil verilməsi hadisəsi də bir daha Azərbaycanın humanizm prinsiplərinə daim sadiqliyini nümayiş etdirdi. Təbii ki, bunu ancaq regionda sülh, qarşılıqlı əməkdaşlıq istəyən bir dövlətin rəhbəri edə bilər. Azərbaycan Ermənistandan fərqli olaraq (Əsirlər qarşılığında Azərbaycana təhvil verdiyi mina xəritələrinin dəqiqliyi 20%-dən aşağıdır – red.) postkonflikt dövründə İrəvana sülh üçün bütün mümkün kompromislərə getməyə hazır olduğunu bildirib. İrəvan Bakının bu addımlarına cavab verməyəcəyi təqdirdə hər hansısa bir əməkdaşlıq, qonşuluq prinsipindən söhbət gedə bilməz. İndi növbə Ermənistanındır…